Türkiyə Rusiya istehsallı S-400 komplekslərini müvəqqəti Azərbaycanda saxlaya bilər | Eurasia Diary - ednews.net

18 İyul, Cümə axşamı


Türkiyə Rusiya istehsallı S-400 komplekslərini müvəqqəti Azərbaycanda saxlaya bilər

Dünya A- A A+

Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər.

Eurasia Diary xəbər verir ki, bu barədə Trend-ə Türkiyə mətbuatına istinadən məlumat verir.

Həmçinin S-440 komplekslərinin müvəqqəti saxlamaq üçün Qətərə göndəriləcəyi istisna olunmur.

KİV yazır ki, Türkiyə hakimiyyətinin hansı ölkəni seçəcəyi hələ müəyyənləşməyib. Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istədiyi bildirilirdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...