Notr-Dam kilsəsinin əsas strukturu xilas edilib, amma vəziyyət həddən artıq mürəkkəbdir.
Eurasia Diary-nin məlumatına görə, bunu Fransanın mədəniyyət naziri Frank Riester deyib.
O bildirib ki, gecə kilsənin damının üçdə iki hissəsi yanıb, bəzi hissələri tamamilə dağılıb.
Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.