"Paris Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik" - Makron | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


"Paris Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik" - Makron

Dünya A- A A+

"Biz Notr-Dam-de-Pari kilsəsini 5 ilə bərpa edəcəyik". 

Eurasia Diary "Report"a istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron bu gün xalqa birbaşa yayım vasitəsilə müraciəti zamanı bildirib.

O, deyib: "Biz bu abidələri yaradan xalqıq. Hələ çox tikililərə qol qoyacağıq. Bu fəlakət bir daha nümayiş etdirdi ki, tarix donmayıb və bizi hələ yeni sınaqlar gözləyir".

"Sarı jiletlilər"in tələblərinə cavab olaraq keçirilmiş böyük debatların nəticələrinə toxunan Fransa Prezidenti bildirib ki, o, tezliklə yenidən xalqın qarşısına qayıdacaq.

*** 

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edəcək.

Eurasia Diary "Report"a istinadən xəbər verir ki, Fransa Prezidentinin bu gün yerli vaxtla saat 20.00-da xalqa müraciət edəcəyi gözlənilir. Prezidentin çıxışının Notr-Dam-de-Pari kilsəsində baş vermiş fəlakətə, yoxsa "böyük debat"ın nəticələrinə həsr olunacağı məlum deyil.

Xatırladaq ki, Notr-Dam-de-Pari kilsəsində baş verən yanğın səbəbindən Fransa Prezidentinin dünən saat 20.00-da televiziya vasitəsilə "Sarı jiletlilər"ıin tələbləri əsasında aparılan müzakirələrin nəticələrini açıqlamaq üçün xalqa müraciəti təxirə salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...