Tarixçi yanğın qurbanlarını aşağıladı, studiyadan qovuldu - VİDEO | Eurasia Diary - ednews.net

25 İyun, Çərşənbə axşamı


Tarixçi yanğın qurbanlarını aşağıladı, studiyadan qovuldu - VİDEO

Dünya A- A A+

Rusiyanın “Birinci” kanalında yayımlanan “Zaman göstərəcək” tok-şousunun efirində tarixçi Aleksandr Sıtin Notr-Damdakı yanğını müzakirə edən zaman 2014-cü il Odessa yanğını qurbanları haqqında birmənalı olmayan ifadələr işlədib.

Bu barədə Lenta.ru məlumat yayıb.

“Siz Avropanın ən önəmli, mədəni dəyər daşıyan binalarından birində baş verən yanğını 2014-cü il mayın 2-də Odessada az önəmli insan materialının məhv olması ilə müqayisə edirsiniz”, – deyən tarixçinin bu fikri dərhal auditoriyada qıcıq oyadaraq, etirazlar və qəzəb dolu replikalarla müşayiət olunub.

Aleksandr Sıtin
Aleksandr Sıtin

Bundan sonra aparıcı Anatoli Kuziçev Sıtinin studiyanı tərk etməsini tələb edib.

Xatırladaq ki, 2 may 2014-cü ildə Odessada Avromaydan fəalları ilə Ukrayna federalizasiyasının tərəfdarları arasında qanlı toqquşmalar baş verib. Münaqişənin gedişində ukraynalı millətçilər düşmənlərini Həmkarlar İttifaqı binasına toplayaraq, onlara Molotov kokteylləri atıb. Hadisə nəticəsində 40-dan çox adam diri-diri yanıb, 174 nəfər yaralanıb. “2 may hadisələri” ilə bağlı məhkəmə araşdırması indiyə kimi yekunlaşmayıb. (oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...