Sudanın devrilmiş prezidenti Ömər əl Bəşir paytaxt Xartumun şimalında yerləşən Kober həbsxanasına köçürülüb.
Eurasia Diary xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb.
Məlumata görə, bu vaxta qədər Əl Bəşir özünün iqamətgahında saxlanılıb. Əl Bəşirlə bərabər Kober həbsxanasına daha bir neçə keçmiş yüksəkvəzifəli məmur da göndərilib.