İmamoğluna vəsiqə təqdim edildi - VİDEO | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


İmamoğluna vəsiqə təqdim edildi - VİDEO

Dünya A- A A+

İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib.

Bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirilib.

Ə.İmamoğlu vəsiqənin təqdim olunması çün seçki komissiyasına dəvət olunub. Ona vəsiqə yerli vaxtla saat 16.30-da təqdim ediləcək.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib./report/

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...