Şri-Lankada kilsələrdə partlayışlar - 160 ölü - YENİLƏNİB - VİDEO | Eurasia Diary - ednews.net

24 May, Cümə


Şri-Lankada kilsələrdə partlayışlar - 160 ölü - YENİLƏNİB - VİDEO

Dünya A- A A+

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 160-a çatıb.

Bu barədə News 1ST məlumat yayıb.

Bildirilir ki, yaralıların sayı 360-ı keçib.

10.34

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 52-yə çatıb.

Bu barədə Daily News məlumat yayıb.

10.08

Şri-Lankada kilsələrdə Pasxa bayramı qeyd edilərkən partlayışlar baş verib. 

Bu barədə AFP agentliyi məlumat yayıb. 

Bildirilir ki, partlayışlar nəticəsində 42 nəfər ölüb, 280 nəfər yaralanıb.

Qeyd olunur ki, səhər saatlarında altı partlayış olub. Onlardan üçü kilsələrdə katolik pasxasının qeyd edilməsi zamanı baş verib. Kilsələrdən biri paytaxt Kolomboda, digərləri şəhərdən kənarda yerləşir. Partlayışlar həmçinin üç oteldə baş verib. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...