Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi | Eurasia Diary - ednews.net

24 May, Cümə


Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi

Dünya A- A A+

İranda alim Kamal Cəfəri Yezdiyə 13 il həbs cəzası verilib.

Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Bildirilir ki, Məşhəd məhkəməsinin qərarına əsasən, Yezdi hakimiyyətin devrilməsi məqsədi ilə təşkilat yaratdığına görə 10 il, hökumət əleyhinə təbligat apardığına görə 1 il və ayətullah Əli Xameneini təhqir etdiyinə görə 2 il həbs cəzası alıb.

Qeyd olunur ki, Yezdi uzun müddət Məşhəd şəhərinin ali təhsil ocaqlarında çalışıb. O, ötən ilin avqustunda həbs edilib və 3 ay sonra zaminə buraxılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...