Rusiya Ukraynada 2014-cü ildə baş tutan prezident seçkisinin nəticələrini Paris və Berlinin xahişi ilə tanıyıb.
Eurasia Diary xəbər verir ki, bunu “Zvezda” televiziyasına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Moskva Poroşenkonu Donbas konfliktini 2-3 həftəyə həll edəcəyinə söz verdiyi üçün tanıdı:
“Poroşenko dünyanın hər yerində bəyan edirdi ki, sülh tərəfdarıdır və konflikti iki-üç həftəyə həll edəcək. Məhz buna görə Paris və Berlin bizdən israrla seçkinin tanınmaması ilə bağlı bəyanat verməməyimizi istədi. Biz bunu etmədik və şans verdik”.