Zelenskidən informasiya müharibəsi anonsu | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Zelenskidən informasiya müharibəsi anonsu

Dünya A- A A+

Vladimir Zelenski Donbasda informasiya müharibəsini təşkil etməyi planlaşdırır.

Eurasia Diary xəbər verir ki, o bu haqda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın cənub-şərqində döyüş əməliyyatlarını bitirmək üçün güclü informasiya müharibəsi lazımdır.

Zelenski aprelin 18-də də bildirmişdi ki, Donbası “informasiya müharibəsi” vasitəsilə qaytarmağı planlaşdırır.

Qeyd edək ki, ötən gün Ukraynada prezidentinin seçkilərinin ikinci turu keçirilib. Ukraynanın Mərkəzi Seçki Komissiyası hazırda səslərin 83,76 faizinin sayıldığını bildirib. Hazırkı nəticələrə görə, şoumen Vladimir Zelenski 73,18 faiz səslə irəlidədir. Prezident Poroşenko isə 24,48% səs toplayıb.

Poroşenko artıq rəqibini qələbə münasibətilə təbrik edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...