Saakaşvili Poroşenkonun uduzmasını belə qeyd etdi - VİDEO | Eurasia Diary - ednews.net

24 May, Cümə


Saakaşvili Poroşenkonun uduzmasını belə qeyd etdi - VİDEO

Dünya A- A A+

Mixail Saakaşvili Ukraynada keçirilən seçki ilə bağlı “ekzit-poll”un nəticəsi açıqlanandan dərhal sonra “Live” kanalının suallarına canlı yayımda cavab verib.

Eurasia Diary xəbər verir ki, Saakaşvili seçkinin nəticəsini artıq qeyd etdiyini vurğulayıb və şərab qədəhini efirdə nümayiş etdirib.

Zelenskinin ilk növbədə baş prokuroru dəyişməsinin vacibliyini önə çəkən Saakaşvili Ukraynanı mafiyaların idarə etdiyini və yeni hakimiyyətin buna qarşı ən kəskin şəkildə mübarizə aparması gərəkdiyini vurğulayıb.

Sabiq prezident Ukraynada vəzifə təklifi olacağı halda dəyərləndirəcəyini də istisna etməyib. Belə ki, o, Zelenskinin bir müddət əvvəl onunla əlaqə saxladığını deyib:

“Mən deyil, Zelenski özü mənimlə işləmək istədiyini demişdi”.

Maraqlı olduğunu nəzərə alaraq, Saakaşvilinin müsahibəsinin tam videosunu təqdim edirik:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...