Ukraynanın yeni aktyor prezidenti O siyasi səhnədə necə rol oynayacaq?

Dünya 12:25 22.04.2019

Artıq dünəndən başlayan Ukrayna prezident seçkilərində qalibiyyəti təmin edən Vladimir Zelinskiyə maraq böyükdür. Amma gəlin görək bu Zelinski kimdir? Onun prezident seçkilərində uğur qazanmasının səbəbləri nədir?

Vladimir Zelinski 41 yaşlı komediya aktyoru, tamaşaçılara "Kvartal 95" serialından və "Xalqın xidmətçisi" serialından yaxşı tanış olan bu şəxs əhali arasında məşhurluğunu "Xalqın xıdmətçisi" serialında oynadığı Ukrayna prezidenti rolu ilə qazanıb. Heç bir siyası təcrübəsi olmayan Zelinski öz seçki kampaniyasında da hər hansısa bir siyasi ideya verməkdən daha çox fərqlilik etməklə seçicilərin diqqətini cəlb etməyə yönəldi. Amma bu kampaniya uğurlu oldu və gözlənilməz olsa da ilk  mərhələdə Zelinski Poroşenkonu səsvermələrin sayında 2 dəfəyə yaxın bir fərqlə üstələdi. 

Baxmayaraq ki, Ukraynanın böyük bir hissəsi Zelinskini seçir, səsvermə üzrə xəritəyə nəzər salsaq görərik ki, ona səs verənlərin böyük bir hissəsi Ukraynanın şərq hissəsində yaşayan əhalidir. Faiz nisbətində Ukraynanın şərq vilayətlərində Zelinski fəalları və onun sevənlər daha çoxdur. Qərb vilayətlərinə doğru yönəldikcə bu faizlərin get-gedə aşağı düşdüyünü görərik. Bu Rusiya ilə yaxınlaşmanın bir işərəsi ola bilər. Və yaxud seçkilərdə Rusiyanın təsiri olması faktorunu ortaya çıxara bilər. Hal-hazırda səsvermə Rusiya, ABŞ və Avropa Birliyinə daha çox maraqlıdır və böyük əhəmiyyət kəsb edir. 2157 müşahidəçi bu səsverməni yaxından izləyir. 

BBC-nin Ukraynadakı müxbiri Yonas Fişer bildirir ki, Ukrayna təcrübəli siyasətçi və siyasi fəaliyyətə meyl edən komediya aktyoru arasında seçim etməlidir. Vladimir Zelenskinin prezident seçilməsi Poroşenkonun xalq tərəfindən alçaldılması demək idi. 37 seçici səsvermədən imtina etdi. İnsanlar öz seçimini edir, cənab Zelenski və onun komandası artıq öz qələbələrini qeyd edirlər. 

Poroşenko isə məğlub olmasına baxmayaraq bildirib ki, Mən öz postumu tərk etsəm də siyasəti tərk etməyəcəm. O, həmçinin öz Tviter səhifəsində Zelinskinin qələbəsini belə münasibət bildirib: "Yeni təcrübəsiz Ukrayna prezidenti... Rusiyanın təsir dairəsinə tezliklə qayıda bilər."

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Karasin "Ria Novosti"yə açıqlamasında bildirib ki, yeni lider seçicilərininn ümidlərini doğrultmalıdır. Rusiyayla olan münasibətlərə gəldikdə isə Zelinski mətbuat konfransında Minsk danışıqlarına davam edəcəyini, seperatçılarla yenilənmiş sülh danışıqlarına başlayacaqlarını deyib. 

Artıq nəticələr tam elan olunmasa da ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Avropa Şurasının prezidenti Donald Tusk və Britaniya Xarici İşlər Naziri Ceremi Hant Zelenskini qələbə münasibətilə təbrik edib. 

Azərbaycanlı siyasi ekspertlər də məsələyə laqeyd yanaşmayıb. Atlas Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu məsələlərə hərtərəfli münasibət bildirib. 

ZELENSKİNİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ NECƏ OLACAQ?

Vladimir Zelenskiy Ukraynanın prezidenti seçildi. Bu gözlənilən idi. Bütün rəy sorğuları seçkinin birinci və ikinci turundan əvvəl Zelenskinin xeyrinə idi.

Petro Poroşenko niyə məğlub oldu?

Petro Poroşenko prezident seçiləndə Ukraynanı dağılmış vəziyyətdə qəbul etmişdi. Krım artıq ilhaq olunmuş, Donbasın yarısından çoxu işğal olunmuşdu. Bundan başqa ordu və təhlükəsizlik sistemi dağılmışdı. Çünki, keçmiş prezident Viktor Yanukoviçin dövründə Ukrayna ordusunun və təhlükəsizlik sisteminin idarəetməsi Rusiya kəşfiyyatının nəzarətində idi. Yanukoviç ölkəni tərk edən kimi həm ordu, həm də təhlükəsizlik sistemi dağıldı. Odur ki, Poroşenkonun prezident vəzifəsində ilk işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna ağır əziyyətlə nail oldu.

Buna baxmayaraq, Petro Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü. Ukraynanın borcları artdı, dağılmış sənayeni bərpa etmək mümkün olmadı. Petro Poroşenkonun dövründə Ukraynanı tərk edənlərin də sayı artdı. Bundan başqa yeni qurulan Ukrayna ordusu Donbasda ağır məğlubiyyətlərlə üzləşdi, ordu Debaltsevo məntəqəsində ağır itkilər verdi. Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə son qoya bilmədi. Bəlkə də bu onun imkanı xaricində idi. Çünki birincisi özü də oliqarxdır və əlindəki maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi Ukraynada oliqarxik sistem müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin belə imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir etdi.

Siyasi ekspert Zeynal Amralıyev hadisələri "Poroşenko öz səhvlərinə məğlub oldu" başlığı altında şərh edib.

Ukraynada artıq prezident seçkilərinin ikinci turu da başa çatdı. Açıqlanan "Exit-poll" nəticələrinə görə Vladimir Zelinski 72,7% səslə qalib gəldi. Petro Poroşenko isə 26,3% səs topladı. Güman ki, rəsmi nəticələrdə də elə bir dəyişiklik olmayacaq. Debat zamanı Zelinskinin Poroşenkoya "Mən siyasətçi deyiləm, sizin səhvlərinizin nəticəsiyəm" cümləsi əslində seçkiyə öz damğasını vurdu. Zelinski tək Poroşenkonun deyil, bütün Ukraynadakı köhnə nəsil siyasilərinin səhvinin nəticəsi olaraq meydana çıxdı və Ukrayna xalqı siyasiləri parodiya edən bu şoumenin simasında iqdidar-müxalifət demədən bütün siyasətçilərə tarixi dərsini verdi.

Poroşenko administrasiyasının hər səhvinin prezidentliyə onu daha da yaxınlaşdırdığını güman edən ölkənin əsas müxalifət lideri Yuliya Timoşenko nəinki seçkinin qalibi olmadı, heç ikinci tura belə keçə bilmədi. Seçkilər olduqca maraqlı keçdi.Poroşenko bütün seçki boyu hər şeyi kənara qoyaraq əsl demokratik qərb lideri kimi rəqibi ilə canlı debata çıxdı, onun tələbi ilə tibbi müayinədən keçdi, sonda da öz əməlinə sadiq qalaraq bütün demokratik liderlər kimi dərhal rəqibini təbrik edib ona uğurlar arzu elədi. Bu seçkinin arxa fonunun əslində iki oliqarx-Poroşenko və Kolomoyski arasında mübarizədən ibarət olduğunu demək olar ki, bilməyən yox idi. Açıq bilinən bir faktdır ki, prezident olmaq üçün tək populyarlıq lazım deyil, həm də pul lazımdı. Zelinskini maliyyələşdirənin isə mühacirətdəki Kolomoyski olduğu dəfələrlə deyilib.İki oliqarxın arasındakı mübarizə lap əvvələ dayanır. Poroşenko hakimiyyətə gələn kimi biznesdəki rəqibi ilə haqq-hesab çürütmək qərarına gəldi və onun əlindəki "Privatbank" qanunsuzluq və fırıldaçılıqda ittiham edərək qərbində dəstəyi tez bir zamanda milləşdirirdi. Ancaq Kolomoyski bu məsələni belə qoymadı. Yerli və beynəlxalq məhkəmələrdə bununla məsələlər qaldırdı. Hər nə məsələdirsə əvvəl Kolomoyskinin əleyhinə gedən yerli məhkəmələrdə Zelinskinin qalib gələcəyi görünəndən sonra ard-arda onun haqqında müsbət qərarlar verirdi. Zelinskinin qarşısında duran ən mühüm məsələ bu məsələnin həlli ədalətli həll olacaq.

Deyilənlər onu göstərir ki, Zelinskinin qalibiyyətinə yanaşma birmənalı deyil və siyasi ekspertlər də bunu müxtəlif aspektlərdən şərh edir, amma nəticə birdir artıq səslərin 96 faizi hesablanıb, Zelinski isə şəriksiz liderdir. 

Azad Nuriyev


Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Hamısı