Rusiyanın Vladivostok şəhər hava limanına Şimali Koreyanın paytaxtı Pxenyandan gözlənilən bir təyyarə əvəzinə iki təyyarə enib.
Eurasia Diary-nin verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə hava limanının nümayəndəsi bildirib. Təyyarələrdə iki ölkə liderinin görüşü öncəsi təhlükəsizlik nümayəndələrinin gəldiyi ehtimal olunur.
Buna qədər rəsmi Kremlin mətbuat xidməti Rusiya və KXDR liderlərinin ayın sonunda görüşəcəyi barədə açıqlama yaymışdı. Cənubi Koreyanın “Renhap” agentliyi isə sammitin, çox güman ki, Vladivostokda baş tutacağını yazmışdı.
Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Rusiyaya səfər edəcək.
Eurasia Diary-nin Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.
Görüşün vaxtı və yeri barədə məlumat verilmir.