O, Qazaxıstan prezidentliyinə ən layiqli namizəddir - Nazarbayevdən təklif | Eurasia Diary - ednews.net

24 May, Cümə


O, Qazaxıstan prezidentliyinə ən layiqli namizəddir - Nazarbayevdən təklif

Dünya A- A A+

Qazaxıstanın ilk Prezidenti, Nur Otan Partiyasının sədri Nursultan Nazarbayev iyunun 9-da keçiriləcək prezident seçkilərində hakim partiyadan Kasım-Jomart Tokayevin namizədliyinin irəli sürülməsini təklif edib.

Eurasia Diary-nin məlumatına görə, N.Nazarbayev partiyanın XIX növbədənkənar qurultayında K.Tokayevi çoxdan tanıdığını, onunla uzun illərdir birgə işlədiyini bildirib: "Hesab edirəm ki, o, ən layiqli namizəddir".

Qeyd edək ki, ölkəyə 30 ilə yaxın müddətdə rəhbərlik edən N.Nazarbayev martın 20-də istefa verib. Bundan əvvəl Senatın sədri olan K.Tokayevin prezident səlahiyyətləri 2020-ci ildə başa çatır. K.Tokayev növbədənkənar prezident seçkilərinin iyulun 9-da keçiriləcəyini bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...