Pasxa bayramında qətliam törədən terrorçunun görüntüləri yayıldı - VİDEO | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Pasxa bayramında qətliam törədən terrorçunun görüntüləri yayıldı - VİDEO

Dünya A- A A+

Şri-Lankada kilsədə terror törədən şəxsin görüntüləri yayılıb.

Eurasia Diary xəbər verir ki, həmin terrorçunun videosu sosial şəbəkələrdə yayılıb.

Videodan da göründüyü kimi qara saçlı və kürəyində çanta olan kişi küçədə kimləsə görüşür və sonra kilsəyə doğru iri addımlarla hərəkət edir. Onun kilsəyə girdiyi anlar da əks olunub.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı partlayışlar törədilib. Terror aktı zamanı 310 nəfər ölüb. Terrorun törədilməsində məsuliyyəti “Camaat Tauhid al-Vatania”terror təşkilatı öz üzərinə götürüb.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...