Moskvada Türkiyə, Azərbaycan və Gürcüstan ərazilərinin Ermənistan tərəfindən işğalını dəstəkləyən aksiya | Eurasia Diary - ednews.net

24 May, Cümə


Moskvada Türkiyə, Azərbaycan və Gürcüstan ərazilərinin Ermənistan tərəfindən işğalını dəstəkləyən aksiya

Dünya A- A A+

Rusiyada fəaliyyət göstərən erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.

Eurasia Diary-nin məlumatına görə, bu gün Moskvanın Erməni Gəncləri Assosiasiyası, Erməni Muzeyi və Rusiya Erməniləri Birliyinin birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı"na həsr olunan fləşmob formatında aksiya keçiriləcək.

Aksiyanın reklam bukletində Azərbaycan əraziləri olan Qarabağı və Naxçıvanı öz əraziləri kimi göstəriblər. Bundan başqa Türkiyə Cümhuriyyətinin Trabzon, Diyarbakır, Erzurum, Bitlis, Van və digər şərq regionları və Gürcüstanın Cavaxetiya bölgəsi Qərbi Ermənistan adı altında göstərilib.

Aksiyanın bu gün yerli vaxtla 16:00-da Moskvadakı Erməni Apostol Kilsəsi ərazisində keçirilməsi planlaşdırılır.

Aksiya təşkilatçıları tədbirin keçirilməsi üçün Moskva hökumətindən icazə aldıqlarını bildiriblər.

Təxribatla bağlı Rusiya Federasiyası azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (FNKA AzerRos) və "Moskvada Azərbaycan İcması" tərəfindən rəsmi qurumlara müraciətnamə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...