"Sanki yenidən məni seçirsiniz" - Nazarbayev | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


"Sanki yenidən məni seçirsiniz" - Nazarbayev

Dünya A- A A+

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev istefasına üç il ərzində hazırlaşdığını açıqlayıb.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu barədə Nazarbayev Nur Otan Partiyasının qurultayında danışıb.

“Şüurlu bir qərar qəbul etdiyimi deyəndə, bu həqiqətən belə idi. Belə qərarlar bir günə və ya bir aya verilmir. Mən bu qərara bir neçə il, əgər sirri açsam, 3 ildən artıq hazırlaşmışam. Ətrafıma baxdım, keçmiş və gələcək barədə düşündüm, bu illər ərzində tərbiyə etdiyim və ümid bəslədiyim silahdaşlarımın kadrlarına baxdım. Nəhayət nəticə çıxardım və bu nəticə doğrudur. Gəlin Tokayevi prezident seçək və onu dəstəkləyək”, - Nazarbayev bildirib.

Nazarbayev ona ünvanlanan xoş sözlərə görə qurultay iştirakçılarına təşəkkür edib.

“Biz ki, yeni prezident seçirik. Ancaq elə çıxır ki, elə bil, mən yenidən seçilirəm”, - Nazarbayev zarafatla deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...