ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir və bu bəyanatda türk və müsəlman xalqının ağrı-acısı qeyd olunub.
Eurasia Diary-nin məlumatına görə, bunu Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç deyib.
S.Kılıç bildirib ki, erməni quldur dəstələrinin həmin vaxt Osmanlı dövlətinin dinc müsəlman əhalisini qətlə yetirməsi barədə çoxsaylı faktlar var.
Qeyd edək ki, ötən gün Vaşinqtonda yaşayan Türkiyə və Azərbaycan vətəndaşları 1915-ci il hadisələri ilə bağlı etiraz aksiyası keçiriblər.
Aprelin 24-də ABŞ Prezidenti Donald Tramp Osmanlı İmperiyasında 1915-ci ildə qeydə alınan hadisələrlə bağlı bəyanatında yenə də "soyqırımı" sözündən istifadə etməyib. O, ənənəvi müraciətində "mets yeqern" ("böyük müsibət") ifadəsi ilə kifayətlənib.