Putin Donbasla bağlı qərar verdi Zelenskiyə ilk mesaj

Dünya 11:21 26.04.2019

Putin Donbas sakinlərinə sadələşdirilmiş qaydada Rusiya pasportlarının verilməsi barədə fərman imzalayıb.

Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, ekspertlər Putinin bu addımını Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə ilk ciddi mesaj kimi qiymətləndirirlər.

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, məntiqlə Moskva Zelenskiyə şans verməli, onun atacağı ilk addımları gözləməli, sonra buna uyğun siyasət müəyyən etməli idi: "Ukraynada seçki yenicə başa çatıb, Rusiyanın nifrət etdiyi Poroşenko uduzub, yeni prezident yaxın günlərdə bəyaz səhifə açaraq fəaliyyətə başlayacaq. Məntiqlə, Moskva Zelenskiyə şans verməli idi. Lakin belə olmadı. Sərtlik dozasının yüksəldilməsinin səbəbləri nədir?

İlk növbədə səbəb budur ki, Kreml Zelenskidən hər hansı müsbət siqnal ala bilmədi və əmin oldu ki, Ukraynanın xarici siyasətində və problemə baxışında radikal dəyişiklik gözləməyə dəyməz.

Putin həmlə diplomatiyasını sevir və hər dəfə ilk addımı özü ataraq qarşı tərəfi (Qərbi) daim reaksion mövqedə qalmağa məcbur edir. Qərbdə qərar qəbuletmə mexanizmi mürəkkəbdir və zaman alır. Onlar hərəkətə gələnə və öz siyasətlərini öz aralarında (qurumlararası və dövlətlərarası) müzakirə edib, razılaşdırana qədər ölkəsində hakimi-mütləq olan çar Putin qərarını verib, icraya yönəldir. Son qərarı ilə Kreml rəhbəri həm də nümayiş etdirir ki, gərginliyi artırmaq imkanları genişdir və Qərbdən gözlədiklərini ala bilməsə, daha radikal addımlara getməkdən çəkinməz. Putin Qərblə ehtimal olunan bazarlıqlar üçün əlindəki kartların sayını və sanbalını artırır ki, masada qarşı tərəfdən daha çox güzəşt qopara bilsin".

Ş.Cəfərli Rusiyanın Donbasın Ukraynanın nəzarətindən kənar hissəsini ilhaq edəcəyinə şübhə ilə yanaşır: "Məqsəd o deyil. , Donbasın çox hissəsi Ukraynanın nəzarətindədir. Ümumilikdə Krım da daxil olmaqla, Ukrayna öz ərazilərinin 7%-ni itirib. Məqsəd bu bölgəyə Ukrayna daxilində yüksək özünüidarəetmə hüququnun verilməsinə, faktiki, Ukraynanın federallaşmasına nail olmaqdır. Bu halda, Moskva Kiyevin siyasəti üzərində real və daimi təsir imkanı qazanacaq. Yəni məqsəd bu qarayaranın Ukraynanın orqanizmində qalmasını təmin etməkdir, oradan qoparılması yox. Krımdan fərqli olaraq, Donbasın hazırda Rusiyanın nəzarətindəki hissəsinin Moskva üçün strateji əhəmiyyəti yoxdur. Dənizə çıxışı olmayan, sənayesi məhv olmuş ərazi Rusiyanın nəyinə lazım? O halda lazım olar ki, Rusiya Mariupolu da ələ keçirərək oradan Xersona qədər uzanan dəhlizi nəzarətə götürüb, Krıma quru yolu açsın. Bu isə genişmiqyaslı müharibə deməkdir, o boyda ərazini tutmaq və sonra həmin uzun koridoru nəzarətdə saxlamaq üçün böyük sayda quru qoşunları, aviasiya qruplaşması və böyük miqdarda maliyyə vəsaiti lazımdır. Ukrayna 2014-cü ildən fərqli olaraq, indi 250 minlik ordusu, 200 minlik rezervi ilə ciddi müdafiə potensialına sahibdir. Rusiyanın irəliləməsi mümkündür, amma blitzkriq imkansızdır, ona görə də Moskva bu varianta getməz".

Siyasi şərhçiyə görə, başqa bir səbəb Rusiyadakı ağır demoqrafik böhrandır: "Əhalinin artımı dayanıb və reqres başlayıb, yəni əhali azalır. Artımı təmin edən regionlar isə qeyri-rus bölgələridir. Bu, Moskvada strateji planlaşdırma ilə məşğul olan mərkəzləri narahat edir və qorxudur. Ukraynanın şərqindəki pravoslav əhali - ruslar və ruslaşmış ukraynalılar demoqrafik yanğını söndürməyə müəyyən qədər kömək edə biləcək əlverişli mənbədir. Bu mənbədən niyə istifadə olunmasın? Təsadüfi deyil ki, Rusiya Pensiya Fondu yalnız daimi yaşayış üçün Rusiyaya köçəcək “DNR” və “LNR” sakinlərinə pensiya müəyyən olunacağını açıqlayıb. Ukraynada qalmağa davam edən şəxslər, hətta ciblərinə Rusiya pasportu qoysalar belə, Rusiyadan təqaüd ala bilməyəcəklər. Bu, Donbasdan Rusiyaya köçü təşviq edən siyasətdir və ilhaq planının olmadığını göstərir.

Ən nəhayət, pasportlaşma Kiyevin öz işğal altındakı ərazilərini hərbi yolla geri almaq iştahını tamamilə aradan qaldırmağa yönəlib. Ukrayna hökuməti nə vaxtsa belə addım atsa, Rusiya öz vətəndaşlarını qorumaq adı altında oraya açıq hərbi müdaxilə edə biləcək".

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Hamısı