Əgər Avropa Birliyi Avrasiya İttifaqı inteqrasiyası və Çinin təşəbbüsü olan yeni “İpək yolu” layihəsinə qatılsaydı, Avrasiyada hər kəsə sərf edən qlobal inteqrasiya baş tutardı.
Eurasia Diary xəbər verir ki, bunu “Bir qurşaq, bir yol” beynəlxalq forumunda çıxışı zamanı Qazaxıstan eks-prezidenti Nursultan Nazarbayev deyib. O, “İpək yolu” layihəsinin qloballaşma və sərt regionalizm siyasətlərinin çökməsini inkar etdiyini bildirib.
Nazarbayev “Bir qurşaq, bir yol” sayəsində Çinin insanlığın ortaq taleyini inşa etdiyini bildirib.