ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-ı İranla konfliktə cəlb edir.
Eurasia Diary xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Onların hamısı göstərdi ki, ABŞ-ı konfliktə çəkməkdə maraqlıdırlar. Mən düşünmürəm ki, prezident Tramp bunu istəyir. O, seçki qabağı kampaniyasında ABŞ-ı yeni müharibəyə cəlb etməyəcəyini demişdi” – deyə o bildirib.