Şri-Lanka terrorunun “müəllifi” ölüb Varlı ailələrin övladları...

Dünya 12:15 27.04.2019

Kilsələrə hücum edən 9 kamikadzenin əksəriyyəti hüquq təhsilli, varlı ailələrin övladları olub

Şri-Lanka terrorunun təşkilatçısı Zahran Haşimin “Şanqri-La” otelinə hücum zamanı öldürülüb. BBC-nin məlumatına görə, bu barədə Şri-Lanka rəsmiləri açıqlama veriblər. Otelə hücum zamanı daha bir terrorçu da olub. Ümumilikdə terror aktını 9 nəfəri həyata keçirdiyi ehtimal olunur. Zahran Haşimi daha əvvəl Şri-Lankadakı buddist heykəllərə hücum edən qrupun üzvü kimi tanınıb və müsəlman olmayanlara hücum çağırışı edib.

Xatırladaq ki, Şri-Lankada terror aktı aprelin 21-də baş verib. Xristianların Pasxa bayramı günü 3 kilsədə və paytaxt Kolomboda 3 lüks oteldə olmaqla ümumilikdə 8 terror aktı törədilib. Terror aktı nəticəsində son günlərə qədər 359 nəfər elan olunan ölü sayında dəyişiklik olub. Səhiyyə Nazirliyi ölənlərin sayının hesablanması zamanı yanlışlıq olduğunu, terror aktları nəticəsində 253 nəfərin öldüyünü açıqlayıb. Yaralı sayı isə 500 nəfərdən çoxdur.

Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. İŞİD-in təbliğat agentliyi “Amaq”ın yaydığı açıqlamada bildirilir ki, hücumların hədəfi koalisiya ölkələrinin vətəndaşları və Şri-Lankadakı xristianlardır. Ancaq İŞİD terror hücumunun məsuliyyətini üzərinə alsa da, bunu necə və hansı vasitə ilə törətdiyini açıqlamayıb.

Şri Lanka terörü ile ilgili görsel sonucu

Hadisədən dərhal sonra yerli hökumət rəsmiləri terror aktına görə “Milli Tövhid Camaatı” (MTC) təşkilatını ittiham etsə də, təşkilat hücumun məsuliyyətini üzərinə götürməyib. Lakin rəsmilər hələ də MTC-ni ittiham edir və bununla bağlı bir sıra səbəblər də göstərilir. Şri-Lankanın müdafiə naziri parlamentdə etdiyi çıxışında bildirib ki, əldə olunan ilkin sübutlar göstərir ki, terror “Milli Tövhid Camaatı” tərəfindən törədilib və Yeni Zelandiyada mart ayında törədilmiş terrora cavab məqsədi daşıyıb. Nazir bildirib ki, terror hücumunu törədənlər daha əvvəl Şri-Lankanı tərk edib və bir müddətdən sonra geri qayıdan şəxslərdir. Eyni zamanda o, ölkə xaricində İŞİD-ə qoşulmuş şəxslərin nəzarət altında olduğunu da qeyd edib.

Ä°lgili resim

Hökumət sözçüsü bildirib ki, “canlı bomba” olan terrorçulardan biri Şri-Lankaya köçməzdən əvvəl İngiltərədə bakalavr, Avstraliyada isə magistr təhsili alıb. Terrorçulardan biri qadın olub. Şri-lanka hökuməti bildirib ki, terrorçuların əsasən yaxşı təhsil görmüş, imkanlı orta və ya ortadan yuxarı təbəqədən olan ailələri övladı olub. Bir neçə terrorçu isə hüquq təhsilli olub.

O da məlum olub ki, Şri-Lanka terroruna görə 60 nəfər saxlanılıb, 32 nəfərin dindirilməsi isə davam edir. Qeyd edək ki, mediaya verilən kamera görüntülərində çiynində çantası olan 30 yaşlarında bir nəfərin kilsəyə daxil olduğu görünür. Terrorçu olduğu ehtimal edilən şəxsin özünü sakit apardığı. Hətta kilsədə toxunduğu kiçik yaşlı qızın başını sığalladığı bildirilir. Kiçik qızın babası isə terrorçunun çox sakit və rahat olduğunu, üzdən cinayətkara bənzəmədiyini deyib.

9 terrorçudan ikisi ölkənin ən varlı iş adamlarından biri olan Məhəmməd Yusif İbrahimin oğlanları olub. Polis iş adamını həbs edib.

Hazırda Şri-Lanka hökuməti İŞİD-lə bağlantısı olan 140 nəfərin şəxsiyyətinin müəyyən edildiyi və bu şəxslərin axtarışlarının davam etdirildiyini bəyan edib. Şri-Lanka terroru ilə bağlı ən şübhəli məsələlərdən biri də terror aktı barədə yerli təhlükəsizlik orqanlarının xəbərdar olub, lazımi tədbirlər görməməsi iddialarıdır. Terror aktından dərhal sonra media xarici ölkələrin xüsusi xidmət orqanlarının terror təhlükəsi ilə bağlı Şri-Lanka təhlükəsizlik orqanlarını məlumatlandırdığı, ancaq sonuncuların məsuliyyətsiz yanaşdığı haqda yazıb. Hətta Şri-Lanka baş naziri hüquq-mühafizə orqanlarının məsuliyyətsizliyi ilə bağlı istintaqın başladığı haqda açıqlama yayıb. Hökumət sözçüsü Rajitha Senaratne jurnalistlərə bildirib ki, terrordan əvvəl xarici ölkə kəşfiyyat orqanlarından bəzi xəbərdarlıq siqnalları alınıb. Eyni zamanda əlavə edib ki, bu xəbərdarlıqlar müvafiq qurumlara verilməyib.

Şri Lanka terörü ile ilgili görsel sonucu

Mübahisələrin davam etdiyi bir vaxtda ölkənin müdafiə naziri Hamasiri Fernando terror hücumuna görə məsuliyyəti öz üzərinə götürdüyünü və buna görə də istefa verdiyini açıqlayıb. Nazir deyib ki, bu məsələdə şəxsi məsuliyyəti olmasa da, rəhbərlik etdiyi qurumların cavabdehliyinə görə istefa verir. Həmçinin bildirib ki, müvafiq xəbərdarlıqdan sonra onun rəhbərliyi altında çalışan təhlükəsizlik orqanları terrorun qarşısını almaq üçün fəaliyyətlərə başlayıb. Ancaq yetərli olmayıb.

Xatırladaq ki, hadisədən sonra ABŞ-ın Şri-Lankadakı səfiri bildirib ki, onlardan hər hansı xəbərdarlıq olmayıb. Hindistan kəşfiyyatının isə hadisədən 2 saat əvvəl Şri-Lanka kəşfiyyatını məlumatlandırdığı iddia olunur. Belə anlaşılır ki, Şri-Lanka təhlükəsizlik orqanlarında terrorla bağlı xəbərdarlıq olsa da, ciddi addımlar atılmayıb. Rabitə naziri isə polis rəhbərliyinin terror təhlükəsi ilə bağlı hökumətə göndərdiyi sənədləri açıqlayıb.

Bildirilirdi ki, Hindistan polisi aprelinə 4-də Şri-Lanka polisini terror təhlükəsi ilə bağlı xəbərdar edib, ancaq bu xəbərdarlıq yazısı prezident və baş nazirə çatdırılmayıb.

Qeyd edək ki, Şri-Lankada etnik-dini münaqişənin 70 ildən çox yaşı var. 1948-ci ildə ada müstəqil olduqdan sonra ölkə əhalisinin 12 faizini təşkil edən Tamil xalqı müstəqilliyin verdiyi siyasi hüquqlardan yararlana bilməyib. Əvvəlcə etnik münaqişə kimi başlayan hadisələr Şri-Lankada 1981-2009-cu illərdə davam edən qanlı müharibəyə çevrilib. Hökumət qüvvələri və “Tamil Pələngləri” qruplaşması arasında baş verən toqquşmalar nəticəsində bəzi rəqəmlərə görə 70, bəzilərinə görə isə 100 min insan ölüb. Nəhayət, 2009-cu ildə hökumət tamillərə qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar nəticəsində qruplaşmanın əyalətdəki, ümumiyyətlə, Şri-Lankadakı hərbi varlığına son qoyub. Bu əməliyyatlar zamanı 40 min Tamil öldürülüb.

21 aprel terroru göstərir ki, etnik və dini sahədə problemlərin qalması terrorizm üçün münbit şərait yaradır. Hazırda 21 milyon əhalisi olan Şri-Lankanın 9,7 faizini müsəlmanlar təşkil edir.

Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO

Xəbər xətti

Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors - VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
10:55 18.04.2024
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un SATILACAQ
10:50 18.04.2024
Yeni qanun qadınlara təzyiqi artıra bilər
Yeni qanun qadınlara təzyiqi artıra bilər
10:45 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
10:35 18.04.2024
Umud Mirzəyev: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini anbaan gözləyirdim”
10:30 18.04.2024
Satanovski: Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu başa çatıb
10:20 18.04.2024
Teslanın Hindistan planı
Teslanın Hindistan planı
10:15 18.04.2024
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
10:13 18.04.2024
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Hamısı