Venesuela xarici işlər naziri ABŞ-ın sanksiyalar siyahısına BMT-dəki sonuncu çıxışından sonra daxil edilib. Məhz bu çıxışında nazir ABŞ-ın Venesuela insan haqlarını pozmasına dair konkret dəlillər ortaya qoyub.
Eurasia Diary xəbər verir ki, bu məlumatı Venesuela Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Trampın bu addım sayəsində Venesuelanın dünyadakı səsini kəsməyə cəhd etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Venesuela Xarici İşlər naziri Xorxe Arreasa qarşı sanksiya tətbiq edib.