Bu gün İspaniyada ikipalatalı parlamentə növbədənkənar seçkilər keçiriləcək.
Eurasia Diary xəbər verir ki, ispanlar Konqresin (aşağı palata) 350 üzvünü, həmçinin 208 senatoru (yuxarı palata) seçəcəklər.
Ölkədəki 23 min seçki məntəqəsi yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) açılacaq. Seçki hüququna malik 36,8 milyondan çox ispaniyalının 2 milyona yaxını xaricdə yaşayır.
Krallığın Daxili İşlər Nazirliyinin məlumatına görə, seçki günü asayişi hüquq mühafizə orqanlarının 92 minə yaxın əməkdaşı qoruyacaq. Səslərin ilkin hesablanması məntəqələr bağlandıqdan dərhal sonra başlayacaq.