Şimali Koreyanın Mərkəzi Televiziyası ölkə başçısı Kim Çen İnin Rusiya səfərinə dair sənədli film təqdim edib.
Eurasia Diary xəbər verir ki, 50 dəqiqəlik sənədli filmdə Kim Çen İnin Vladivostok səfərinin əsas məqamları göstərilib, Vladimir Putinlə görüşün detalları əks olunub.
Maraqlı məqam isə odur ki, filmdə danışıqların əsas mövzusu olan nüvəsizləşdirmə məsələsinə qətiyyən yer verilməyib.