İraqın cənub hissəsində qum fırtınası nəticəsində 5 nəfər ölüb, 80 nəfər yaralanıb.
Eurasia Diary-nin yerli KİV-ə isinadən məlumatına görə, İraq Səhiyyə Nazirliyi Kərbəla və Nəcəfdə qum fırtınasının daha güclü olduğunu açıqlayıb.
Bildirilib ki, Kərbəlada 4, Nəcəf şəhərində isə 1 nəfər ölüb.
Qum fırtınası səbəbindən bina və divarların çökməsi də qeydə alınıb.