Kiyev Donbası öz nəzarətinə 5 il sonra qaytaracaq.
Eurasia Diary xəbər verir ki, bunu “Apostrof” portalına müsahibəsində Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri İvan Aparşin deyib. O həmçinin Donbası hərbi yolla geri qaytarmağın mümkün olmadığını deyib.
Qeyd edək ki, Donbas 2014-cü ildən bu yana Rusiyanın aktiv dəstəklədiyi separatçıların nəzarətindədir. (axar)