Vladimir Zelenskinin Rusiya və Ukrayna arasında yeganə ümumiliyin sərhəd olması ilə bağlı açıqlaması keçmiş hakimiyyətin səhvinin təkrarlanmasıdır.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı, 2019 seçkilərində prezidentliyə namizəd olmuş Yuri Boyko deyib.
“Zelenskinin Rusiya ilə bağlı açıqlaması Poroşenko rejimi dövründə buraxılan səhvin təkrarıdır. O rejim ki, Rusiya-Ukrayna əlaqələrinin pisləşməsini özünün siyasi doktrinası elan etmişdi. Bu məsuliyyətsiz kurs siyasi dalana gətirəcək”, - deyə deputat bildirib.
Qeyd edək ki, Zelenski açıqlamasında Donbas və Krımın işğalından sonra Rusiya və Ukrayna arasında yeganə ümumiliyin sərhəd xəttinin olduğunu açıqlamışdı.