Moskvanın "Şeremetyevo" hava limanında qəza enişi zamanı yanan"Sukhoi Superjet 100" təyyarəsinin qara qutusu tapılıb.
Ekspertlər qəza yerində işləri davam etdirirlər.
Eurasia Diary "İnterfax" agentliyinə istinadən bildirir ki, qara qutu artıq deşifrə edilmək üçün Dövlətlərarası Aviasiya Komitəsinə göndərilib.
Qutunun açılmasına 4 həftə vaxt tələb olunacaq.
Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn "Aeroflot” aviaşirkətinə məxsus "Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın "Şeremetyevo” Hava Limanına qəza enişi edən zaman yanıb.
Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub.