Moskvanın “Şeremetyevo” hava limanında yanğına məruz qalan “SSJ-100” təyyarəsindəki 78 nəfərdən 41-i həlak olub. Rusiyanın bütün xəbər saytları, demək olar, yalnız bu faciədən danışır.
Eurasia Diary Bizimyol.info-a istinadla xəbər verir ki, Rusiyanın əməkdar təyyarəçisi, prezident yanında komissiyanın üzvü Yuri Sıtnik yanğını korrulsiyanın nəticəsi adlandırıb. Pilot bu model haqda mənfi fikir bildirib. Onun fikrincə, sovet təyyarələri müasirləşəndən sonra vəzifəsinin öhdəsindən insidentsiz gəlməliydi.
Sıtnik deyir ki, qəza gözlənilən idi, çünki laynerlərin keyfiyyəti aşağıdır. Sıtnik bu haqda dəfələrlə danışdığını bildirir. Mütəxəssis hesab edir ki, faciədə korrupsiya və təyyarənin layihələndirilməsi zamanı büdcə pullarının dağıdılması günahkardır. Sıtkin başqa modellərin bu qədər problemlə üzləşmədiyini söyləyir.
“SSJ-100” modeli SSRİ-nin dağılmasından sonra Rusiyada yenidən işlənmişdi. Layihələndirmə 2000-ci ilin əvvəllərində başlamışdı. İlk uçuş 2008-ci ildə baş tutmuşdu. Təyyarənin qurulmasına 44 milyard rubl xərclənib (indiki məzənnə ilə təxminən 650 milyon dollar).
İndiyə qədər “SSJ-100” təyyarələri üç dəfə qəzaya uğrayıb. İslandiyada və Yakutiyadakı qəzalarda böyük faciə yaşanmamışdı, yalnız bir nəfər xəsarət almışdı. 2012-ci ildə İndoneziyadakı hadisə həyəcan siqnalı olmalıqdı. Onda “SSJ-100” dağa çırpılmışdı, 45 nəfər həlak olmuşdu.
“SSJ-100” əsasən daxili reyslərdə istifadə olunur. Xarciə yalnız Tailanda, Qazaxıstana və Meksikaya uçur. Meksikalılar artıq bu təyyarədən imtina edib.
Bundan başqa, “SSJ-100”-ə 4 ölkə, Rusiyanın 3 aviaşirkəti “yox” deyib. Bu təyyarələrdən imtina etməyən 9 şirkət qalmışdı, biri də faciənin mərkəzində dayanan “Aeroflot”. İndiyə qədər 186 “SSJ-100” yığılıb, 151-i sifarişçilərə çatdırılıb.