Türkiyə Xarici İşlər Nazirliyi, 27 yanvar 1973-cü ildə Türkiyənin Los-Ancelesdəki baş konsolu Mehmet Baydar ilə müavini Bahadır Dəmiri şəhid edən erməni terrorçu Qurgen Yanikyanının Los-Ancelesdəki məzarlıqda olan cəsədinin qalıqları dünən İrəvandakı əsgər qəbiristanlığına aparılaraq təntənəli şəkildə dəfn edilməsilə bağlı bəyanat yayıb.
“Bir terrorçunu qəhrəman kimi ucaltmaq üçün atılan bu addımı terrora şərait yaratmaq kimi qiymətləndirir və buna etiraz edirik”.
Türkiyə XİN Ermənistan tərəfin bu hərəkətini pisləyir və şiddətlə qınayır: “Dövlətimizə sədaqətlə xidmət edərkən şəhid olan bütün vəzifə sahiblərimizi bir daha rəhmətlə anırıq”.