Avropa Parlamenti Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə rəhbərliyinə keçirilmiş seçkilərin nəticələrinin ləğvinə münasibət bildirib.
Eurasia Diary türk mediasına istinadla xəbər verir ki, Avropa Parlamentinin holland əsilli üzvü Kati Piri Türkiyə Yüksək Seçki Qurumunun qərarını belə şərh edib:
"Bu, Türkiyədə seçki yolu ilə iqtidarın demokratik dəyişiminə inamın sonu deməkdir".