İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizəd olan Binəli Yıldırım seçkilərin yenidən keçirilməsinə münasibət bildirib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, B. Yıldırım bildirib ki, istanbullulara ən yaxşı şəkildə xidmət etmək üçün əlindən gələni əsirgəməyəcək:
“Seçkilərin təkrar keçirilməsi eyni seçki vərəqələri ilə eyni namizədlərin seçkilərə qatılması anlamına gəlir. Biz bu yola İstanbula xidmət etmək üçün başladıq. İnşallah bu qərarımız yenilənən seçkilərdə də davam edəcək. Təkrar keçiriləcək seçkilər İstanbul və istanbullular üçün uğurlu olsun. İstanbulumuz üçün xeyirli olsun”.
Qeyd edək ki, seçkilər növbəti dəfə iyunun 23-də keçiriləcək.