CHP rəhbəri Kamal Kılıçdaroğlu, CHP-nin binasında keçirilən toplantıda jurnalistlərin sualına "Çox gözəl şeylər olacaq, narahat olmayın, bu ölkəyə demokratiyanı gətirəcəyik, mübarizəmiz demokratiyadır" deyə cavab verdi.
Eurasia Diary xəbər verir ki, CHP binasında Kılıçdaroğlunun, əvvəlcə Əkrəm İmamoğlu ilə görüşməsi gözlənilir. Kılıçdaroğlu, toplantıdan sonra saat 10.00-da millət vəkilləri və Partiya Şurası üzvləri ilə bir araya gələcək.