Türkiyənin sabiq prezidenti Abdullah Gül ASQ-nin İstanbulda seçki nəticələrinin ləğvi qərarına münasibət bildirib.
Eurasia Diary xəbər verir ki, A.Gül Tvitter mikrobloqunda bu qərardan təəssüfləndiyini qeyd edib.
“Konstitusiya Məhkəməsinin 2007-ci ildəki 367 saylı qərarı zamanı nə hiss etmişdimsə, Ali Seçki Qurumunun dünənki qərarında da eyni hisləri yaşadım. Təəssüf, bir arpa boyu qədər məsafə qət edə bilməmisiniz!” - Gül bildirib.