İstanbulda seçki gərginliyi davam edir.
Strateq.az xəbər verir ki, partiyalar bir-birinin ardınca seçkidə Binəli Yıldırımı, yoxsa Əkrəm İmamoğlunu dəstəkləyəcəyi barədə mövqelərini açıqlayırlar.
Bu gün isə kürdlərin partiyası sayılan HDP İstanbulda təkrar bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləyəcəklərini açıqlayıb.
HDP-dən yayılan yazılı açıqlama qeyd edilib ki, seçicilərini Əkrəm İmamoğluna səs verməyə çağıracaqlar.