Binəli Yıldırım və İmamoğluna yeni rəqib? - İstanbul prosesində gəlişmə | Eurasia Diary - ednews.net

23 May, Cümə axşamı


Binəli Yıldırım və İmamoğluna yeni rəqib? - İstanbul prosesində gəlişmə

Dünya A- A A+

Türk iş adamı Mustafa Sarıgülün İstanbul bələdiyyə sədrliyinə namizəd olacağı barədə məlumat yayılıb.

Eurasia Diary xəbər verir ki, məlumatda onun Demokrat Sol Partiyasından namizəd olacağı bildirilib.

Sarıgülün özü isə bu barədə yayılmış informasiyanın həqiqət olmadığını deyib: “İstanbul bələdiyyə sədrliyinə namizəd olacağım barədə yayılan iddia reallığı əks etdirmir. Bu xəbəri yayan şəxs 15 il əvvəl şəhər bələdiyyəsində işləyib. Hazırda bu məsələ planlarıma daxil deyil”.

Qeyd edək ki, iyunun 23-də keçiriləcək seçkilər üçün hələlik CHP və AKP-nin namizədləri qeydiyyata alınıb.

Seçkidə əsas yarışın CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-li rəqibi Binəli Yıldırım arasında gedəcəyi gözlənilir.

Teleqraf

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...