Türkmənbaşı baş nazirin müavinini cəzalandırdı | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Türkmənbaşı baş nazirin müavinini cəzalandırdı

Dünya A- A A+

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət verib.

Bu haqda “Neytral Türkmənistan” məlumat yayıb.

 

Türkmənistanın hökumətyönümlü qəzetlərindən olan Neytralnı Türkmenistan-ın yazdığına görə, töhmət Abdıyevanın bir sıra məmurlarına işinə lazımı səviyyədə nəzarət etməməsi ilə əlaqədar verilib. Abdıyeva mədəniyyət və KİV-lə bağlı məsələlərə nəzarət edir.  

Məlumata görə,  qeyd olunan sahələrdə nizam-intizam səviyyəsinin aşağı düşməsi Berdiməhəmmədovun diqqətindən yayınmayıb.

Bu arada Dövlət nəşriyyat xidmətinin rəhbəri Akmurat Xudayberdiyevə isə sonuncu dəfə xəbərdar edilməklə şiddətli töhmət verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...