Əfqanıstanın paytaxtı Kabildə Mədəniyyət Məsələləri üzrə Parlament Komissiyasının müşaviri Minu Manqal güllələnib.
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasrat Rəhimi deyib. O, insidentlə bağlı araşdırma aparıldığını bildirib.
Hələlik məsələ ilə bağlı heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Yerli mətbuat Manqalın bundan əvvəl jurnalist işlədiyi haqqında məlumat yayıb.