İspaniya polisi Venesuelanın keçmiş Elektroenergetikanın İnkişafı naziri Xavyer Alvarado Oçoanı ABŞ-ın orderi əsasında həbs edib.S
Eurasia Diary xəbər verir ki, bu barədə“Assoşeyted Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ onu PDVSA şirkətiylə əlaqədar çirkli pulların yuyulmasında ittiham edir.
Oçoanın Madrid yaxınlığında saxlanıldığı vurğulanıb. Onun ABŞ-a ekstradisiya məsələsi həll edilən qədər həbsdə saxlanılacağı qeyd edilib.
ABŞ-la bərabər Portuqaliya, Andorra və İspaniya da Alvaradonu çirkli pulların yuyulmasında ittiham edir.