Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım vətəndaşın seçkilərin niyə ləğv edildiyinə dair sualına bir cümlə ilə cavabı geniş müzakirələrə səbəb olub.
Eurasia Diary xəbər verir ki, Binəli Yıldırım özü qısa dialoqu sosial şəbəkələrdəki hesabından paylaşıb.
O, "seçkilər niyə ləğv edildi" sualını belə cavablayıb: "Çox sadə, çünki oğurladılar".
Qeyd edək ki, İstanbulda yeni bələdiyyə seçkiləri iyunun 23-də keçiriləcək.