Erməni nazirdən rüsvayçı səhv - FOTOLAR | Eurasia Diary - ednews.net

23 May, Cümə axşamı


Erməni nazirdən rüsvayçı səhv - FOTOLAR

Dünya A- A A+

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan İkinci Dünya müharibəsi zamanı Sovet ordusunda xidmət edən erməni əsgərləri anmaq məqsədilə şəkil paylaşıb. Həmin şəklin isə nasistlərlə iş birliyində olan erməni milislərə aid olduğu ortaya çıxıb.

Eurasia Diary xəbər verir ki, nazirin bu paylaşımı qısa zamanda Tvitterdə müzakirələrə səbəb olub.

9 May Qələbə Günü münasibətilə paylaşımında nazir Sovetlər Birliyinin nasist Almaniyasına qarşı qələbə qazandığını bildirib:

“Sovet ordusunun qələbəsində böyük dəstəyi olan vətəndaşlarımı hörmətlə anıram. Onlar - 500 min erməni əsgəri, 60-dan çox general, 4 marşal Sovet ordusunda xidmət edib. 300 min itki verdik, 106 nəfər Sovet İttifaqı qəhrəmanı oldu”.

Mnatsakanyanın bu paylaşımına əlavə etdiyi şəkillərdən birinin Sovet ordusuna qarşı müharibə aparan Alman dağ birliyinə qatılan erməni milisinə aid olduğu məlum olub. Şəklin ön planında alman zabitləri, arxa planda isə erməni milislərinin rəqs etdiyi görünür.

Nazir bu şəkli paylaşandan sonra səhvini anlayıb. Daha sonra bu şəkli silib və başqa foto əlavə edib.

Lakin nazirin bu paylaşımı artıq müzakirə mövzusuna çevrilib.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...