Şri-Lankada terrorçularla əlaqəli müsəlman din xadimi həbs edilib | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Şri-Lankada terrorçularla əlaqəli müsəlman din xadimi həbs edilib

Dünya A- A A+

Şri-Lankda ötən ay yüzlərlə insanın ölümünə səbəb olan partlayışların təşkilatçısı olan terrorçularla əlaqədə şübhəli bilinən 60 yaşlı İslam ilahiyyatçısı Məhəmməd Əliyar həbs edilib.

Eurasia Diary "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin polis idarəsinə istinadən "Reuters" məlumat yayıb.

Əliyar ixtisasca ilahiyyatçıdır. O, Kattankudu şəhərində İslam Dini Mərkəzini təsis edib.

Qanun keşikçiləri hesab edirlər ki, Əliyar "Haşim" qruplaşmasının fəaliyyəti üçün maliyyə vəsaitlərinin köçürülməsində iştirak edib.

Şri-Lankada ölkə tarixinin ən iri silsilə terror aktları aprelin 21-də baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...