İndoneziyada 496 MSK işçisi səslərin hesablanmasından sonra ölüb | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


İndoneziyada 496 MSK işçisi səslərin hesablanmasından sonra ölüb

Dünya A- A A+

İndoneziyada Mərkəzi Seçki Komissiyasının (MSK) 500-ə yaxın əməkdaşı səslərin hesablanmasından sonra dünyasını dəyişib. Ölkənin Səhiyyə Nazirliyi MSK əməkdaşlarının əksəriyyətinin ölümünə iflic və infarktın səbəb olduğunu bildirib.

Eurasia Diary "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Strait Times" qəzeti yazıb.

Nazirliyin məlumatına görə, seçkilərdən sonra bütün ölkə üzrə 496 əməkdaş dünyasını dəyişib. Ölüm hallarının çoxu (131) Qərbi Cava əyalətində qeydə alınıb.

MSK öz növbəsində bildirir ki, ölənlərin təqribi yaş həddi 50-70 arasında olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...