"ABŞ neft-kimya məhsulların satışını məhdudlaşdıra bilməz" - İranlı parlamentari | Eurasia Diary - ednews.net

23 May, Cümə axşamı


"ABŞ neft-kimya məhsulların satışını məhdudlaşdıra bilməz" - İranlı parlamentari

Dünya A- A A+

Amerika Birləşmiş Ştatları İranın neft-kimya məhsullarının satışını məhdudlaşdıra bilməz.

Eurasia Diary-nin məlumatına görə, bunu İran parlamentinin enerji komissiyasının üzvü Əbdülhəmid Xedri deyib.

Ə.Xedrinin sözlərinə görə, İranın neft-kimya məhsullarının dünyada çoxlu müştəriləri var.

Komissiya üzvü əlavə edib ki, İranın neft-kimya məhsullarını satın alan ölkələrə ABŞ-ın maliyyə təzyiqləri maneə ola bilməz. Çünki onların bu məhsullara ehtiyacı var və bir sıra məhsullar İrana məxsusdur:

"ABŞ-ın təhdidini o qədər də effektiv və əhəmiyyətli hesab etmək olmaz. Əksinə, bu təhdidi də fürsətə çevirmək olar".

Qeyd edək ki, ABŞ 2018-ci il may ayında Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını bəyan və 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.

Trend

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...