ABŞ prezidentinin korteji qəzaya uğradı - FOTO | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


ABŞ prezidentinin korteji qəzaya uğradı - FOTO

Dünya A- A A+

ABŞ Prezidenti Donald Trampın korteji Luiziana ştatında yol-nəqliyyat hadisəsi ilə üzləşib.

Eurasia Diary xəbər verir ki, Ağ Evin başçısı Hakberri şəhəri istiqamətində hərəkət edirmiş.

Qəza Leyk-Çarlz yaşayış məntəqəsi yaxınlığında baş verib.

Amerika liderinin avtomobilinə ziyan dəyməyib, amma korteji müşayiət edən 3 motosikletçi polis zədələnib. Bu barədə özünün “Tvitter” hesabında Ağ Evdə akkreditasiyadan keçmiş “Bloomberg” agentliyinin müxbiri Cennifer Ceykobs məlumat verib:

“Biz bir neçə polis əməkdaşını yerdə yaralı vəziyyətdə gördük. Onlardan biri əlindən ciddi zədə almış və bir neçə dişini itirmişdi. Qəzadan sonra şose bütün nəqliyyat vasitələri üçün bağlanıb”.

Ağ evin mətbuat katibi Sara Sanders yolda insidentin baş verdiyini təsdiqləyib, ancaq bunun səbəbini açıqlamayıb.

Teleqraf.com

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...