Putin açıqlama verdi - İran müqavilədən çıxarsa... | Eurasia Diary - ednews.net

25 May, Şənbə


Putin açıqlama verdi - İran müqavilədən çıxarsa...

Dünya A- A A+

İran nüvə müqaviləsindən çıxdığını bəyan edərsə, hər kəs ABŞ-ın müqaviləni ilk tərk etdiyini unudacaq.

Eurasia Diary xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

"İndi deyəcəyim sözlər bəlkə də avropalı dostlarımızın xoşuna gəlməyəcək, ancaq diplomatiyadan kənar bir şey söyləyəcəyəm. Amerikalılar geri çəkilir, razılaşma pozulur və Avropa ölkələri iqtisadiyyatdakı itkiləri aradan qaldırmaq üçün İranla bağlı heç bir şey edə bilmir. Ancaq İran müqaviləni tərk etsə, hər kəs ABŞ-ın müqaviləni ilk tərk edən tərəf olduğunu unudacaq və hər kəs məsuliyyəti İranın üzərinə atacaq. Dünya ictimaiyyəti də bu istiqamətdə hərəkət edəcək", - Putin qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...