Bankda qumbara partladılıb – Ölən və yaralananlar var - Ukraynada | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


Bankda qumbara partladılıb – Ölən və yaralananlar var - Ukraynada

Dünya A- A A+

Ukraynanın Luqansk vilayətinin Starobelsk şəhərində bir nəfər bank şöbəsində qumbara partladıb. Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, altı nəfər xəsarət alıb.

Eurasia Diary xəbər verir ki, bu barədə vilayət üzrə polis idarəsinin mətbuat xidməti məlumat yayıb. 

 

“Partlayışı törədən hadisə yerində ölüb. Beş mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, yaralılardan ikisi bankın əməkdaşlarıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...