İstanbulda tanker tarixi binaya çırpılıb | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


İstanbulda tanker tarixi binaya çırpılıb

Dünya A- A A+

Malta bayrağı altında olan “Vitaspirit” adlı tanker şənbə günü İstanbulda Bosfor boğazının sahilində yerləşən tarixi binaya çırpılıb. 

Eurasia Diary bildirir ki, bu barədə “Daily Sabah” qəzeti yazır. İstanbul administrasiyasının yaydığı bəyanata əsasən, gəmi Rusiya-Səudiyyə Ərəbistanı marşrutu üzrə arpa daşıyırdı. Tankerin bina ilə toqquşmasına səbəb olaraq mühərrikin sıradan çıxması gətirilir.

 

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Qəzetin məlumatına əsasən, bina XVII əsrdə tikilib. Hazırda isə toy və konsertlərin keçirilməsi üçün istifadə olunur. Daşınmaz əmlak bazarında onun qiyməti təxminən 85 milyon dollar təşkil edir. Toqquşma nəticəsində binanın ikinci və üçüncü mərtəbələrinin divarları tamamilə dağılıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...