Ərdoğanın sözçüsündən sensasiyalı Krım açıqlaması - "Türkiyə heç vaxt..." | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Ərdoğanın sözçüsündən sensasiyalı Krım açıqlaması - "Türkiyə heç vaxt..."

Dünya A- A A+

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Krım tatarlarının sürgün olunmasının 75-ci ildönümü ilə bağlı Tvitter hesabında paylaşım edib.

Eurasia Diary-nin məlumatına görə, sözçü yazıb:

"18 may 1944-cü ildə sürgün olunan 400 mindən çox Krım tatarının və həyatını itirən on minlərcə qardaşımızın çəkdiklərini unutmamışıq, unutmayacağıq. Krımın ilhaqını tanımayan Türkiyə daim Krım tatarlarının yanında olmağa davam edəcək".

Xatırladaq edək ki, 13 aprel 1944-cü ildə SSRİ silahlı qüvvələri Faşist Almaniyasının hərbi hissələri qarşısında üstünlük qazanaraq onları Krım yarımadasından çıxardı. 1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanət"də ittiham edərək İosif Stalinə onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə - Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə təklif etdi.

Tezliklə 18-22 may tarixlərini əhatə edəcək deportasiya planı tam şəkildə hazırlandı. 18 may sübh tezdən Krım tatarlarının məcburi köçürülməsi başlandı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...